Xərclərə dair məsləhətlərin verilməsi və kommersiya məsələlərinin idarə edilməsi

Xərclərin idarə edilməsi, planlaşdırılması və layihənin kommersiya məsələlərinin idarə edilməsi istənilən uğurlu layihənin əsas elementləridir.

Mülkiyyətçilər, layihəni işləyib hazırlayanlar, baş podratçılar, ixtisaslaşmış subpodratçılar, texniki xidmət təqdim edənlər və bu sənayedə fəaliyyət göstərən digər tərəflər Sifarişçi qrupuna daxildir. Bunlar layihənin təfərrüatlı şəkildə planlaşdırılmasını, idarə edilməsini və dəqiq icra edilməsini və layihəyə dair hesabatların peşəkarcasına və çalışqanlıqla təqdim edilməsini tələb edir. Bu, xərclərə dair məlumatların dəqiq olmasını təmin edəcək.

Biz layihələrimizin hər bir mərhələsində səmərəli işləməyi stimullaşdırırıq və daim keyfiyyətlə dəyər arasında düzgün balansa nail olmağa çalışırıq. Xərclərin idarə edilməsi və kommersiya məsələləri üzrə təqdim etdiyimiz xidmətlər layihələrin icra müddəti ərzində inşaatla bağlı xərclərin bütün spektri üzrə azad, qərəzsiz və peşəkar rəyin verilməsini, o cümlədən, aşağıdakıları təmin edir:

Müqavilə bağlanmazdan əvvəl

  • Texniki-iqtisadi əsaslandırma
  • Büdcənin tərtib və müşahidə edilməsi
  • Xərclərin planlaşdırılması və təhlili
  • İş həcmləri və material cədvəllərinin hazırlanması
  • Təchizat strategiyalarına dair məsləhətin verilməsi
  • Tender sənədlərinin hazırlanması
  • Tenderin təhlili və hesabatın verilməsi
  • Müqavilə sənədləri

Müqavilə bağlandıqdan sonra

  • Nəğd pulun hərəkətinin təhlili və müşahidə edilməsi
  • Xərclərə dair hesabatın verilməsi və xərclərə nəzarət
  • Müqavilələrin idarə edilməsi
  • Tikinti işlərinin qiymətləndirilməsi və təsdiq edilməsi
  • Dəyişiklik sifarişinin idarə edilməsi
  • İddianın qiymətləndirilməsi
  • Yekun hesablaşmalar
  • İşlərin yenidən ölçülməsi

Digər xidmətlər

  • Dəyərin idarə edilməsi və  texniki tapşırıqlar
  • Risklərin idarə edilməsi