İnşaata nəzarət


İnşaat layihələri çox mürəkkəbdir və əgər proses müvafiq qaydada idarə edilməzsə, külli miqdarda pul boş yerə sərf edilə bilər. Heyətimiz yerli şəraitdə və beynəlxalq miqyasda layihələrin həyata keçirilməsinə cəlb edilmişdir.

Biz dünyada daşınmaz əmlakın inkişaf etdirilməsi ilə məşğul olan ən böyük qurumların bəziləri, o cümlədən, aparıcı mehmanxana şəbəkələri və qurucularının əksəriyyəti ilə birlikdə işləmişik. Biz inşaatın idarə edilməsi, layihənin inkişaf etdirilməsi, memarlıq, təchizat, məsləhət xidmətlərinin göstərilməsi sahəsində çox çeşidli müqavilələrin, tender sənədlərinin və insaat müqavilərinin bağlanmasını və icrasını idarə etmişik. Mülkiyyətçilərin ehtiyaclarını ödəmək məqsədilə, bu sənədləri həcmin ehtiyaclara uyğunlaşdırmaq olar. Layihələndirmə, qrafik və əməliyyatlarla bağlı planlara əməl edilməsini təmin etmək üçün, biz uyğun təchizat metodlarının tətbiq edilməsinə dair məsləhət veririk.

  • Layihənin planlaşdırılması və qrafikin tərtib edilməsi
  • Layihənin müşahidə edilməsi
  • Layihələndirmənin işlənib hazırlanması
  • Müqavilə üzrə danışıqların aparılması
  • Sənədlərə nəzarət
  • Uyğun təchizat üsullarının müəyyən edilməsi
  • Podratçının seçilməsi
  • Müqavilələrin idarə edilməsi