Profil

“AZ Architecture & Engineering Developments” (AZAE) – Azərbaycanın Bakı şəhərində yerləşən və daşınmaz əmlak ilə bağlı layihələrin idarə edilməsi sahəsində aşağıda göstərilən hərtərəfli xidmətlər göstərən şirkətdir. Biz yaşayış obyektlərinin, pərakəndə satış, kommersiya, mehmanxana biznesi və qarışıq mürəkkəb layihələrin inkişaf və idarə edilməsi üzrə ixtisaslaşırıq.

Şirkət, inkişaf etdirmə prosesi üzrə dörd əsas xidmətin göstərilməsini təmin edir:

  • Sərmaye qoyuluşu və satınalma
  • Layihələrin və inkişaf etdirmə prosesinin idarə edilməsi
  • İnşaata nəzarət
  • Xərclərə dair məsləhətlərin verilməsi və kommersiya məsələlərinin idarə edilməsi

Sifarişçinin layiqincə təmsil edilməsi üçün hərtərəfli xidmətlər göstərərək biz, layihənin uğurunu gərçəkləşdiririk və layihə üzərində çalışan bütöv heyətin cəmləşərək vahid məqsədə nail olmaq üçün işləməsini təmin edəcəyik. Sifarişçinin etibarını doğrultmaq və gözlədiyindən də yaxşı nəticələr əldə etmək üçün, Sifarişçinin adından iş prosesinin hər mərhələsində yaxından iştirak edərək, bütün tərəflər, o cümlədən memar, dizayner, mühəndis, planlaşdırıcı, podratçı, məsləhətçi və təchizatçılarımız, əmlak menecerləri, satış heyəti, kreditorlar və dövlət orqanları və Sifarişçi arasında məlumat mübadiləsini həyata keçirəcəyik.