AZ Architecture & Engineering Developments

AZ A&E Azərbaycanın Bakı şəhərində yerləşən və obyekt mülkiyyətçisinin nümayəndəsi qismində fəaliyyət göstərən şirkətdir. Şirkət, inkişaf etdirmə prosesi üzrə dörd əsas xidmətin göstərilməsini təmin edir:

  • Sərmaye qoyuluşu və satınalma
  • Layihələrin və inkişaf etdirmə prosesinin idarə edilməsi
  • İnşaata nəzarət
  • Xərclərə dair məsləhətlərin verilməsi və kommersiya məsələlərinin idarə edilməsi

Biz yaşayış obyektlərinin, pərakəndə satış, kommersiya, mehmanxana biznesi və qarışıq mürəkkəb layihələrin inkişaf və idarə edilməsi üzrə ixtisaslaşırıq.

Mülkiyyətçinin nümayəndələri mürəkkəb layihələrdə əsas amil rolunu oynaya bilərlər. Nümayəndə qismində fəaliyyət göstərərək, biz mülkiyyətçilərlə bütün digər qurumlar arasında körpü rolunu oynayırıq və hər bir layihənin işlənib hazırlanmasını və başa çatdırılmasını qüsursuz şəkildə yerinə yetirir və idarə edirik.

Sifarişçilərimiz və onların operatorları ilə əməkdaşlıq edərək biz vahid layihə və maliyyə modelini yaratmazdan əvvəl, sərmaye qoyuluşunun əlverişli olduğunu qiymətləndirmək üçün kommersiya bazarının vəziyyətini, regionun həssaslığını və hədəf bazarını lazımınca tədqiq edirik.